logo

Bu gün paytaxtın 3 rayonunda su olmayacaq

09:45 11-01-2022 | icon 1295
Bu gün paytaxtın 3 rayonunda su olmayacaq

Bakının üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd edilib ki, magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.