logo

Sabah Oğuz rayonunda qaz olmayacaq

21:12 10-01-2022 | icon 1624
Sabah Oğuz rayonunda qaz olmayacaq

"Qaz İxrac” İdarəsinə məxsus “Oğuz-Yaqublu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar yanvarın 11-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Yaqublu” Qaz Paylayıcı Stansiyasından qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz" İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki,təmir işləri aparılan müddətdə Oğuz rayonunun (Oğuz şəhəri və rayonun 24 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işlərinin günün ikinci yarısı saat 17:00-dək yekunlaşdırılması nəzərdə tutulub.