logo

Vüqar Səfərli apellyasiya şikayəti verdi

17:35 10-01-2022 | icon 1582
Vüqar Səfərli apellyasiya şikayəti verdi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

 YeniAvropa xəbər verir ki, bu barədə onun vəkili Hikmət Əliyev məlumat verib. Onun sözlərinə görə, şikayət ərizəsi Bakı Apellyasiya Məhkəməsinə təqdim edib. 

O, V.Səfərlinin barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həmin cinayət işi üzrə digər şəxslər barəsində isə məhkəmə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçib. 

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulmuşdu. 

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.