logo

Saratov vilayətinin biznes-missiyası  Azərbaycana gələcək

16:56 10-01-2022 | icon 784
Saratov vilayətinin biznes-missiyası  Azərbaycana gələcək

Saratov vilayəti Azərbaycana biznes missiyalar göndərəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Saratov vilayətinin İxracın Dəstəklənməsi Mərkəzi 2022-ci ildə regional İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə yerli istehsalçıların məhsullarını təbliğ etmək məqsədilə Əlcəzair, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Vyetnam və Qazaxıstana sahibkarların biznes-missiyalarını göndərməyi planlaşdırır.

Ötən il Saratov vilayətindən Azərbaycana, Özbəkistana, Qazaxıstana, İrana, Türkiyəyə və Belarusa biznes missiyalar göndərilib, İrandan və Özbəkistan olan sahibkarlar bu regiona cavab səfərləri ediblər.

Məlumatda bildirilib ki, 2021-ci ildə Saratov şirkətləri ixracla əlaqədar 82 müqavilə bağlayıblar, 9 yeni iştirakçı ixrac fəaliyyətinə cəlb edilib.