logo

Qarabağdakı erməni silahlı dəstəsinin üzvləri kütləvi fərarilik edib

16:33 10-01-2022 | icon 1666
Qarabağdakı erməni silahlı dəstəsinin üzvləri kütləvi fərarilik edib

Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində olan qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında özbaşınalıq və narazılıq halları artmaqdadır. “Könüllülər” fürsət düşdükcə ailələrini də götürüb Ermənistana köçürlər.

YeniAvropa xəbər verir ki, bu barədə Ağdərə ərazisindəki mənbələrdən verilən məlumatda deyilir. 

Bildirilib ki, yanvarın 9-da saat 12.00 radələrində həmin istiqamətdə fəaliyyət göstərən qanunsuz silahlı dəstənin 30-dan çox üzvü kütləvi şəkildə fərarilik edib. Qarabağ sakini olan 30-dan çox erməni evlərinə buraxılmamasından hiddətlənərək silahlı dəstəni tərk edərək evlərinə gedib.

Mənbənin məlumatında, həmçinin bildirilib ki, qanunsuz dəstənin əvvəlcədən razılığa gələn üzvləri təhkim olunduqları əraziyə taksilər və avtomobili olan qohumlarını çağırıblar. Qanunsuz silahlı dəstənin “komandiri və müavinləri” insidentlə bağlı dindirilmək üçün prokurorluğa çağırılıblar.