logo

COVID-19-a qarşı “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 619 min nəfəri ötüb

15:55 10-01-2022 | icon 2877
COVID-19-a qarşı “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 619 min nəfəri ötüb

Yanvarın 10-da Azərbaycanda 58 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 37 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 498 min 430, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 184 min 66, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 695 min 363 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 619 min 1 nəfər təşkil edir.