logo

Putin Qazaxıstanı “öz evi” hesab edir

14:50 10-01-2022 | icon 532
Putin Qazaxıstanı “öz evi” hesab edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) Qazaxıstandakı situasiyaya “operativ və nizamlı şəkildə” reaksiya verə bildi.

YeniAvropa xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin KTMT ölkələri rəhbərlərinin videokonfrans formatında keçirilən sammitində çıxışı zamanı deyib.

“Biz başa düşürük ki, Qazaxıstan dövlətçiliyinə yaranmış bu təhdid yanacağın qiymətinin artmasına görə baş qaldırmış kortəbii mitinqlərlə bağlı deyildi, onunla bağlı idi ki, situasiyadan daxili və xarici qüvvələr istifadə etmişdi”, - V.Putin bildirib.

Rusiya prezidenti onu da qeyd edib ki, Qazaxıstanda baş verənlər keçmiş sovet respublikalarının daxili işlərinə birinci və axırıncı müdaxilə cəhdi deyil. “KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”, - Rusiya prezidenti deyib.

V.Putin Qazaxıstanda baş verən hadisələri “respublikaya hücum aktı” adlandırıb. Onun sözlərinə görə, təcavüzə dərhal, ləngimədən cavab vermək lazım idi. “Və Qasım-Jomart Kemeleviçin (Tokayev) qeyd etdiyi kimi, onların Qazaxıstana hücumu, mahiyyətcə isə ölkəyə hücumu, təcavüz aktı idi, mən də bununla tam razıyam. Bu hücuma ləngimədən cavab vermək lazım idi”, - V.Putin qeyd edib.

Rusiya prezidenti çıxışında onu da bildirib ki, KTMT qüvvələri Qazaxıstanda “nə qədər lazımsa o qədər qalacaq”. Onun sözlərinə görə, Qazaxıstana yeridilən KTMT sülhməramlı qüvvələrinin komandanı general Serdyukov “öz işini bilir”...