logo

Qazaxıstanda iğtişaşlarla bağlı 8 min nəfər saxlanılıb

13:13 10-01-2022 | icon 1575
Qazaxıstanda iğtişaşlarla bağlı 8 min nəfər saxlanılıb

Qazaxıstanda iğtişaşlarla bağlı 7939 nəfər saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə yanvarın 10-da ölkənin  Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Yanvarın 10-na olan məlumata görə, daxili işlər orqanlarına 7939 nəfər gətirilib”, - deyə nazirliyin məlumatında bildirilib.

Həmçinin, qeyd olunub ki, polis əməkdaşları Milli Qvardiyanın hərbi qulluqçularının və xüsusi təyinatlıların iştirakı ilə Almatıda iki bazarda 207 nəfəri saxlayıblar.