logo

Bu gün Qazaxıstanda matəm günüdür

09:33 10-01-2022 | icon 2016
Bu gün Qazaxıstanda matəm günüdür

Yanvar ayının 10-u Qazaxıstanda ümummilli matəm günüdür.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb. 

Buna son günlər Qazaxıstanda baş verən etiraz aksiyalarında ölkənin silahlı qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda çoxsaylı insan itkiləri səbəb olub.

Qeyd edək ki,  Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Sonrakı günlərdə etiraz aksiyası ölkənin bütün iri şəhərlərinə sıçrayıb. 

Hadisələrin nəzarətdən çıxdığını görən K.Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək ölkəyə sülhməramlı qüvvələrin göndərilməsini istəyib.

İlkin məlumata görə, Qazaxıstanda iğtişaşlar nəticəsində ölənlərin sayı 170 nəfərə çatır. Bu barədə yerli “Xabar 24” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirib.  Qeyd olunub ki, iğtişaşların başlanmasından bəri Almatıda 103 nəfər, Qızıl Orda vilayətində 21 nəfər, Cambıl vilayətində 10 nəfər, Almatı vilayətində isə 8 nəfər həlak olub. Həlak olanlar arasında 11 və 15 yaşlarında iki yeniyetmə və 4 yaşlı qız da var.