logo

Xarici jurnalistlər Qazaxıstana buraxılmır-BBC

18:37 09-01-2022 | icon 1589
Xarici jurnalistlər Qazaxıstana buraxılmır-BBC

Britaniyalı jurnalist və Qazaxıstanla bağlı kitabların müəllifi Coanna Lilisin Xarici İşlər Nazirliyində akkreditasiyası olmasına baxmayaraq, bu ölkəyə buraxılmayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. .

Məlumata görə, C.Lilis 2006-cı ildən Qazaxıstanda işləyir. Onun məqalələri “Guardian”, “Economist” və “Independent” nəşrlərində dərc olunub.

"BBC" qeyd edir ki, Qazaxıstan sərhədçiləri bəzi digər xarici jurnalistlərin də ölkəyə daxil olmasına icazə vermirlər.