logo

Gəncədə 62 yaşlı kişi özünü asdı

17:40 09-01-2022 | icon 1554
Gəncədə 62 yaşlı kişi özünü asdı

Gəncədə intihar hadisəsi qeydə alınıb. 

 YeniAvropa xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1960-cı il təvəllüdlü Allahverdi Xanəhmədov yaşadığı evdə özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.