logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 695 min nəfəri ötüb

16:56 09-01-2022 | icon 1526
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 695 min nəfəri ötüb

Yanvarın 9-da Azərbaycanda 26 min 775 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 811 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 702 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 498 min 372, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 184 min 45, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 695 min 326 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 619 min 1 nəfər təşkil edir.