logo

Qırğızıstan Qazaxıstana nota verdi

14:20 09-01-2022 | icon 2534
Qırğızıstan Qazaxıstana nota verdi

Qırğızıstan hakimiyyəti Bişkekdəki Qazaxıstan səfirliyinə etiraz notası göndərib.

YeniAvropa xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.

Notaya səbəb məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun Qazaxıstanın hakimiyyət orqanları tərəfindən saxlanmasıdır.
Buna etiraz olaraq Bişkek sakinləri Qazaxıstan səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Qazaxıstan hakimiyyətindən qırğız musiqıçinin azadlığa buraxılmasını tələb ediblər.

Mitinqdə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iştirak edib.

V.Ruzaxunovun saxlanmasına Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) də münasibət bildirib.

DİN musiqiçinin tez-tez Almatıya qastrol səfərinə getdiyini və Yeni il ərəfəsində bu şəhərə dəvət edildiyini bildirib.

V.Ruzaxunov dekabrın 16-da bilet alıb və yanvarın 2-də saat 20:00-da Qazaxıstana yola düşüb.