logo

Sabah Bakıda 10° isti olacaq

12:44 09-01-2022 | icon 1610
Sabah Bakıda 10° isti olacaq

Azərbaycanda yanvarın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Yanvarın 10-da Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir. Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağması ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.