logo

Ermənistanda da “omikron” aşkarlandı

11:11 09-01-2022 | icon 1925
Ermənistanda da “omikron” aşkarlandı

Ermənistanda ilk dəfə koronavirusun “omikron” ştamına yoluxma aşkarlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

“Xaricdən gələn iki nəfərdə “omikron” aşkarlanıb. Onlar  xəstəxanaya yerləşdirilməyib və  ev şəraitində müalicə olunurlar”, - deyə nazirliyin məlumatında bildirilib.

Qeyd edək ki, Gürcüstanda koronavirusun "omikron" ştamı ilə yoluxma hələ ötən ilin dekabrında qeydə alınıb.

Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yerli KİV-ə müsahibəsində indyədək Azərbaycanda COVID-19 infeksiyasının “omikron” ştamı ilə yoluxma halının qeydə alınmadığını bildirib.