logo

Təhlükəli asteroid Yerə doğru istiqamət götürüb

10:50 09-01-2022 | icon 980
Təhlükəli asteroid Yerə doğru istiqamət götürüb

Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər.

YeniAvropa Rusiyanın “Roskosmos” dövlət korporasiyasının saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun alimləri 2095-ci il aprelin 5-də Yerə yaxınlaşacaq və çəkisi 18 min ton olan asteroid aşkarlayıblar.

Diametri təxminən 24 metr, kütləsi isə təxminən 18 min tona yaxın olan asteroidə “UL17” adı verilib.

Asteroidin Yerlə toqquşma ehtimalı 0,02 faiz təşkil edir.