logo

Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

21:11 08-01-2022 | icon 1855
Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

Cəlilabad rayonunun Qarazəncir kəndində "VAZ-2107" markalı minik avtomobilinin yol təmiri təyinatlı “Kon” markalı avtomobilə çırpılması nəticəsində ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.

 YeniAvropa xəbər verir ki,  qəza nəticəsində Cəlilabad rayon sakinləri - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişini Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.

Qəza zamanı habelə minik avtomobilinin digər sərnişinləri, Cəlilabad rayon sakinləri - 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı xəsarət alıblar.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.