logo

Nyu-York şəhər merinin köməkçisi azərbaycanlı xanım seçilib

19:50 08-01-2022 | icon 2877
Nyu-York şəhər merinin köməkçisi azərbaycanlı xanım seçilib

ABŞ-ın əhali sayına görə ən böyük şəhəri və iqtisadi mərkəzi hesab  edilən Nyu-York şəhərinin merinin xarici əlaqələr üzrə köməkçisi azərbaycanlı xanım Rena Abbasova seçilib.

 YeniAvropa xəbər verir ki, bu barədə tanınmış diaspor rəhbəri , Amerika Azərbaycan Cəmiyyətinin prezidenti,  Tomris Azeri  sosial şəbəkədə məlumat paylaşıb.

"Biz hamımız Rəna ilə fəxr edirik, o, uzun müddətdir ki, mer Adamsın yanındadır. Rəna həm də Amerika Azərbaycan Cəmiyyətinin (ASA) idarə heyətinin üzvüdür. Mən onunla həqiqətən fəxr edirəm",-deyə Tomris xanım  paylaşımında qeyd edib. 

09-09