logo

Oğurlanan iki yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb

17:57 08-01-2022 | icon 1729
Oğurlanan iki yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb

Sabunçu rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Onun sözlərinə görə, uşağı oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.