logo

Qarabağda  erməni silahlılarını daşıyan yük maşını dərəyə aşıb

16:04 08-01-2022 | icon 2142
Qarabağda  erməni silahlılarını daşıyan yük maşını dərəyə aşıb

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində içərisində qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin olduğu avtomobil yanvarın 7-də gündüz saatlarında qəzaya uğrayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Xocavənd rayonu ərazisindəki mənbələr məlumat verib. Bildirilib ki,  qanunsuz silahlı dəstənin üzvlərini aparan yük avtomobilinin sürücüsü Yemişcan yaşayış məntəqəsi istiqamətində qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat gizlədilir. Qəzanın sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində baş verdiyi bildirilir.

Son vaxtlar qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında spirtli içki qəbul etmə səbəbindən belə hadisələrin sayı artıb.