logo

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidentinə zəng etdi

15:20 08-01-2022 | icon 1806
Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidentinə zəng etdi

Azərbaycanın baş naziri Əli Əsədovla Türkiyənin vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, söhbət zamanı Azərbaycan–Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqqında fikir mübadiləsi aparılıb.