logo

Qazaxıstanda matəm günü elan olundu

12:11 08-01-2022 | icon 518
Qazaxıstanda matəm günü elan olundu

Yanvar ayının 10-u Qazaxıstanda ümummilli matəm günü elan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar qəbul edib.

Buna son günlər Qazaxıstanda baş verən etiraz aksiyalarında ölkənin silahlı qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda çoxsaylı insan itkiləri səbəb olub.

Qeyd edək ki,  Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.Sonrakı günlərdə etiraz aksiyası ölkənin bütün iri şəhərlərinə sıçrayıb. 

Hadisələrin nəzarətdən çıxdığını görən  K.Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək ölkəyə sülhməramlı qüvvələrin göndərilməsini istəyib. 

KTMT kollektiv təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına əsasən, Qazaxıstan Respublikasına vaxtla məhdudlaşdırılmış müddətə vəziyyətin sabitləşməsi və normallaşması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri göndərilib.