logo

45 yaşlı Salyan sakini 4 aydır itkin düşüb

11:33 08-01-2022 | icon 1435
45 yaşlı Salyan sakini 4 aydır itkin düşüb

Salyan rayon sakini 45 yaşlı Əli Əliyev sentyabrın 22-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya bildirilib ki, boyu 160 santimetr olan Əli Əliyev orta bədən quruluşlu, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək, qara şalvar və qara rəngli ayaqqabılar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə, Salyan rayon Polis Şöbəsinə və 050 756-25-25 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.