logo

Orduda narkomanlığa qarşı mübarizəyə dair tədbirlər keçiriləcək

09:30 08-01-2022 | icon 1575
Orduda narkomanlığa qarşı mübarizəyə dair tədbirlər keçiriləcək

Azərbaycan Ordusunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2022-ci tədris ili üçün birgə tədbirlər planı hazırlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, plana əsasən, ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Ordusunun hərbi hissə və birləşmələrində, xüsusi təyinatlı təhsil müəssisələrində seminar və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlər, Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirləri, o cümlədən narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomaniyanın doğurduğu faciələr və digər mövzularla bağlı ətraflı məlumat veriləcək.

Seminar və görüşlərdə hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılacaq.