logo

Azad edilən ərazilərdə 41 503 mina və partlamamış hərbi sursat aşkarlanıb

17:57 07-01-2022 | icon 427
Azad edilən ərazilərdə 41 503 mina və partlamamış hərbi sursat aşkarlanıb

Ötən ildə işğaldan azad edilən ərazilərdə ümumilikdə 20 165 ha ərazi təmizlənib, 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov nəlumat verib.

O bildirib ki, işğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçilir.