logo

FHN gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət edib

17:17 07-01-2022 | icon 1890
FHN gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-i səhərdən başlayaraq yanvarın 9-u səhərədək ölkə ərazisində bəzi ərazilərdə, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi ilə bağlı proqnozu əhalinin diqqətinə çatdırılıb.

Bununla əlaqədar FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət olunmasını tövsiyə edir: “Güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü külək zamanı baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”.