logo

Muxtar Ablyazov: "Qazaxıstan  etirazlarının lideri mənəm"

17:07 07-01-2022 | icon 2821
Muxtar Ablyazov: "Qazaxıstan  etirazlarının lideri mənəm"

Fransada mühacir həyatı yaşayan, Qazaxıstanın sabiq energetika naziri, "Turan-Alem" bankın sabiq rəhbəri, Qazaxıstanın "Demokratik Seçim Hərəkatı"nın lideri 58 yaşlı Muxtar Ablyazov özünü ölkəni bürümüş indiki etirazların lideri elan edib. 

 YeniAvropa xəbər verir ki, bu barədə M.Ablyazov  Ukrayna KİV-inə  açıqlamasında deyib. O, habelə Qərb dövlətlərini ölkədəki vəziyyətə müdaxilə etməyə və Rusiya prezidenti V.Putinə Qazaxıstanı ikinci Belarusa çevirməyə imkan verməməyə çağırıb.

“Mən özümü müxalifətin lideri hesab edirəm. Hər gün etirazçılar mənə zəng edirlər və soruşurlar ki, "nə edək?”,-Ablyazov deyib.

Keçmiş bankir bildirib ki, əgər Qərb işə qarışmasa Rusiya prezidenti Vladimir Putin Qazaxıstanı ikinci Belarusa çevirəcək. “Putin isə daha sonra öz proqramını metodik şəkildə sırıyacaq: Sovet İttifaqına bənzəyən strukturlar yaradacaq”, - deyə o, vurğulayıb.

M.Ablyazov daha sonra deyib ki, əgər etirazlar “lazımı əhatə dairəsinədək genişlənərsə” Qazaxıstana qayıtmağa və müvəqqəti hökumətə başçılıq etməyə hazırdır.