logo

İstehlaka yararsız müxtəlif növ şirniyyat məhsulları məhv edilib

16:11 07-01-2022 | icon 1750
İstehlaka yararsız müxtəlif növ şirniyyat məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, “Sun Food” MMC-nin istehlaka yararsız, istifadə müddəti bitmiş, ümumi çəkisi 2994,8 kiloqram müxtəlif növ şirniyyat məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.