logo

Çavuşoğlu qazaxıstanlı həmkarına zəng etdi

15:30 07-01-2022 | icon 2016
Çavuşoğlu qazaxıstanlı həmkarına zəng etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

M.Çavuşoğlu Türkiyənin Qazaxıstana hər zaman dəstək olduğunu bildirib.

Tərəflər həmçinin yanvarın 11-də videokonfrans formatında baş tutacaq Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin toplantısı barədə fikir mübadiləsi aparıblar.