logo

Tokayev silahlılara xəbərdarlıq edilmədən atəş açılması əmrini verdi

12:59 07-01-2022 | icon 2751
Tokayev silahlılara xəbərdarlıq edilmədən atəş açılması əmrini verdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Kasım-Jomart Tokayev yanvarın 7-də ölkə əhalisinə yenidən müraciət edib.

O, müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini də vurğulayıb.

Dövlət başçısı həmçinin müraciətində ölkə üzrə elan etdiyi fövqəladə vəziyyət rejimini mərhələ-mərhələ aradan qaldıracağına söz verib.