logo

Dövlət Xidməti 1 kisə unun qiymətinin 35,9 manat olmasında israr edir

12:44 07-01-2022 | icon 2891
Dövlət Xidməti 1 kisə unun qiymətinin 35,9 manat olmasında israr edir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumat yayıb.

Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kiloqramlıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.

Cədvələ keçid: https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-topdansatish

Məlumatlar mütəmadi olaraq yenilənəcək.

Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və sair) nəzərə alınmaqla formalaşır.

Bir daha bildiririk ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir. İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412) 599-76-00; email ünvanı: [email protected].