logo

Diplomatik xidmətə qəbul üzrə imtahan yanvarın 23-də keçiriləcək

11:47 07-01-2022 | icon 1925
Diplomatik xidmətə qəbul üzrə imtahan yanvarın 23-də keçiriləcək

 Dövlət İmtahan Mərkəzi(DİM) yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahan keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

Qeyd edilib ki,  namizədlər DİM-in saytındakı link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Namizədlərin qeydiyyatı yanvarın 12-si saat 18:00-dək davam edəcək.