logo

İtkin düşən azyaşlı qız tapılıb

10:07 07-01-2022 | icon 1428
İtkin düşən azyaşlı qız tapılıb

Saatlıda itkin düşən azyaşlı qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan 

YeniAvropa-ya bildirilib ki, yanvarın 6-da R.Məmmədov Saatlı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı qızının itməsi barədə məlumat verib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.