logo

Paytaxtda orta məktəb binasında yanğın olub

09:09 07-01-2022 | icon 6916
Paytaxtda orta məktəb binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.