logo

"Omikron" ştamının Azərbaycana gəlmə riski böyükdür-Baş infeksionist

22:12 06-01-2022 | icon 3276
"Omikron" ştamının Azərbaycana gəlmə riski böyükdür-Baş infeksionist

Koronavirusun "omikron" ştamının Azərbaycana  gəlmə riski böyükdür.

 YeniAvropa xəbər verir ki, bunu KİV-ə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 
Onun sözlərinə görə, hazırda ölkədə pandemiya ilə bağlı epidemioloji durum stabildir.
 
"Bayram günlərində insanların təmasları ilə bağlı əhəmiyyətli artımın olması düşünülmür. Lakin "omikron" ştamının ölkəmizə gəlmə riski böyükdür.

Hələ ki, bu ştamın Azərbaycanda olması rəsmi təsdiqlənməyib. Lakin bu zaman məsələsidir və "omikron" ştamının Azərbaycanda aşkarlancağı halda yoluxma saylarında artımın olacağı proqnozlaşdırıla bilər" - T.Eyvazov əlavə edib.