logo

Silahı yerə qoymayanlar məhv ediləcək-Qazaxıstan DİN

20:30 06-01-2022 | icon 1904
Silahı yerə qoymayanlar məhv ediləcək-Qazaxıstan DİN

Qazaxıstan Daxili İşlər Nazirliyi bildirib ki, silahı yerə qoymaqla bağlı qanuni tələblərə müqavimət göstərən iğtişaşçılar öldürüləcək.

Nazirlik onu da qeyd edib ki, Qazaxıstanın bölgələrində polis və Milli Qvardiya dəstələrinin patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, asayişi pozan şəxslər saxlanılır, cinayətkarlar müəyyən edilərək saxlanılır.

Qeyd edək ki, bu dəqiqələrdə Almatıda şəhərin silahlılardan təmizlənməsi üçün antiterror əməliyyatı keçirilir.