logo

Türkiyədə vətəndaşlıq almaq asanlaşdırılıb

19:56 06-01-2022 | icon 1792
Türkiyədə vətəndaşlıq almaq asanlaşdırılıb

Əcnəbilərin Türkiyə vətəndaşlığına qəbulu qaydalarına dəyişiklik edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən, Türkiyə vətəndaşlığına qəbul olmaq üçün əsas müddəa və meyarlar aşağıdakı kimi müəyyənləşdirilib:

1. Qiyməti 250 min ABŞ dollarından başlayan daşınmaz əmlakın alınması;

2. Banka 500 min dollar əmanət qoyulması;

3. 500 min dollar dəyərində qiymətli kağızların alınması;

4. 500 min dollar məbləğində dövlət istiqrazlarının alınması;

5. 500 min ABŞ dollarına investisiya fondlarının səhmlərinin alınması;

6. 50 iş yeri açmaq.

Bu müddəa və meyarlardan ən azı birinə əməl edənlərə avtomatik olaraq Türkiyə vətəndaşlığı veriləcək.