logo

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzaladı

18:18 06-01-2022 | icon 1834
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzaladı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, planda nəzərdə tutulan tədbirlərin icra vaxtı, yeri və məsul şəxslər müəyyən edilib.

Həmçinin, nazirliyin tabeliyindəki birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində il ərzində hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.