logo

BTC ilə Qazaxıstandan neft nəqli davam etdirilir-SOCAR

17:56 06-01-2022 | icon 2793
BTC ilə Qazaxıstandan neft nəqli davam etdirilir-SOCAR

Hazırda Bakı-Tbilisi-Ceyhan(BTC) boru kəməri ilə Qazaxıstandan neft nəqli davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov dməlumat verib.

İ.Əhmədov bildirib ki, ildə orta hesabla 100 min tona yaxın Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunur.

Qeyd edək ki, uzunluğu 1768 kilometr olan Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. Ötən ilin dekabrın 12-dək boru kəməri ilə 500 milyon ton neft nəql edilib.