logo

Azərbaycanda daha 584 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

17:17 06-01-2022 | icon 3129
Azərbaycanda daha 584 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 584 yoluxma faktı qeydə alınıb, 851 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 619 min 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 min 906 nəfər müalicə olunaraq sağalıb, 8 min 422 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 174 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 44, bu günə qədər isə ümumilikdə 5 milyon 911 min 227 test icra olunub.