logo

Neft Fondu indiyədək “Şahdəniz”dən 4,5 milyard dollar gəlir əldə edib

16:56 06-01-2022 | icon 2681
Neft Fondu indiyədək “Şahdəniz”dən 4,5 milyard dollar gəlir əldə edib

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 884 milyon 793 min ABŞ dolları olub.

 YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən 2021-ci ildə Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 302 milyon 817 min dollar təşkil edib.

2007-ci ildən cari il yanvarın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4 milyard 551 milyon dollar olub.