logo

Lavrovla Çavuşoğlu "3+3" formatda növbəti görüşü razılaşdırıblar

16:06 06-01-2022 | icon 1834
Lavrovla Çavuşoğlu "3+3" formatda növbəti görüşü razılaşdırıblar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, S.Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu yaxın gələcəkdə "3+3" formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər.

"Onlar ilk belə görüşü müsbət qiymətləndiriblər. Növbəti görüşün keçirilməsi planlaşdırılıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçirilib.

Görüşdə Türkiyə ,Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirinin müavinləri iştirak edib. Dəvət olunmasına baxmayaraq Gürcüstan "3+3" formatında iştirak etməyəcəyini bəyan edib.