logo

Qazaxıstan əcnəbilərin ölkəyə girişinə qadağa qoyub

14:54 06-01-2022 | icon 1498
Qazaxıstan əcnəbilərin ölkəyə girişinə qadağa qoyub

Qazaxıstan fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar əcnəbilərin ölkəyə girişini qadağan edib.

YeniAvropa “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyinin nümayəndəsi məlumat verib.

“O cümlədən piyada, hava və hər hansı digər nəqliyyat vasitəsi ilə ölkəyə giriş yasaqlanıb”, - deyə diplomat sözlərinə əlavə edib.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.