logo

Qazaxıstanın bir necə hava limanı işini dayandırıb

14:16 06-01-2022 | icon 1421
Qazaxıstanın bir necə hava limanı işini dayandırıb

Qazaxıstanın bir necə hava limanı ölkədə davam etməkdə olan iğtişaşlar fonunda fəaliyyətini dayandırıb.

YeniAvropa Qazaxıstan KİV-inə istinadla xəbər verir ki, cümə axşamı günündən etibarən Almatı, Aktau, Aktobe şəhərlərinin aeroportları işləmir.

Qazaxıstanın hakimiyyət orqanları “terror təhlükəsini” neytrallaşdırmağa kömək göstərilməsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvlərinə müraciət edib. Təşkilat respublikaya kollektiv sülhməramlı qüvvələr göndərilib. Artıq kontingentin Rusiya hissəsinin ön bölmələri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə başlayıb.