logo

“Qazprom” “Botas”la 23 milyard m3-lik yeni qaz müqaviləsi imzaladı

13:13 06-01-2022 | icon 1316
“Qazprom” “Botas”la 23 milyard m3-lik yeni qaz müqaviləsi imzaladı

Rusiyanın “Qazprom” şirkətinin törəmə qurumu olan “Qazprom eksport” Türkiyənin “Botas” şirkəti ilə yeni müqavilə imzalayıb.

YeniAvropa Rusiya  mətbuata istinadla xəbər verir  ki, dörd il müddətinə imzalanan sənədə əsasən, Rusiya “Türk axını” kəməri vasitəsilə ildə 5,75 milyard kubmetr qaz ixrac edəcək.

“Qazprom eksport” şirkətinin məlumatına görə, bu il yanvarın 1-dən “Botas” 4 il ərzində ildə 5,75 milyard kubmetr qaz idxal edəcək.