logo

KTMT qüvvələrinin ön bölmələri Rusiyadan Qazaxıstana göndərilib

12:58 06-01-2022 | icon 1288
KTMT qüvvələrinin ön bölmələri Rusiyadan Qazaxıstana göndərilib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib, hazırda kontingentin Rusiya hissəsinin ön bölmələri qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsinə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin katibliyindən bildirilib.

“KTMT kollektiv təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına əsasən, Qazaxıstan Respublikasına vaxtla məhdudlaşdırılmış müddətə vəziyyətin sabitləşməsi və normallaşması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri göndərilib” ,- katibliyin məlumatında qeyd edilib.

Məlumata əsasən, sülhməramlılar kontingentin Rusiya hissəsinin ön bölmələri artıq qarşıya qoyulmuş vəzifələrin icrasına başlayıb.