logo

Paşinyan Qazaxıstana qoşun yeridilməsi haqda qərar verdi

10:50 06-01-2022 | icon 2828
Paşinyan Qazaxıstana qoşun yeridilməsi haqda qərar verdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti bu gün səhər saatlarından Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib. 

Qeyd edilib ki,  Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

2022-ci il yanvarın 1-dən KTMT-yə sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün gecə saatlarında özünün "Facebook" səhifəsində bu haqda qərarı elan edib. Bildirib ki, KTMT-nin kollektiv təhlükəsizlik Şurasının sədri olaraq Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin yeridilməsi barədə qərar qəbul edib.

Bu,  KTMT-nin tarixi ərzində ilk dəfədir ki, blokun nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 4-cü maddəsi işə düşüb.

Təşkilatın yaydığı məlumatda bildirilir ki,  Qazaxıstana göndərilən sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəklər.

KTMT-nin qərargahından isə bildirilib ki, quruma üzv dövlətlərin liderləri Qazaxıstanda göndəriləcək sülhməramlıların tərkibini, strukturunu və sayını müəyyənləşdirəcək.