logo

Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon 500 min nəfərə çatır

10:10 06-01-2022 | icon 1708
Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon 500 min nəfərə çatır

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 2,5 milyon nəfərdən çox olub.

YeniAvropa pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 2 milyon 539 min 869 nəfər yeni koronavirusa yoluxub, 7 min 483 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 298 milyon 129 min 843, ölənlər isə 5 milyon 481 min 981 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (704 min 661 nəfər) və bu xəstəlikdən ölüm faktı (1802 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (58,8 milyon), Hindistan (35,1 milyon), Braziliya (22,3 milyon), Böyük Britaniya (13,8 milyon), Fransa (10,9 milyon), Rusiya (10,5 milyon) və Türkiyə (9,7 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.