logo

Ağ Ev Qazaxıstandakı hadisələrində iştirakla bağlı iddialara cavab verdi

23:15 05-01-2022 | icon 1729
Ağ Ev Qazaxıstandakı hadisələrində iştirakla bağlı iddialara cavab verdi

"ABŞ Qazaxıstandakı etirazçıları dinc çərçivədə saxlamağa, hakimiyyət orqanlarını təmkinli olmağa çağırır və ölkədə vəziyyətin gərginləşdirilməsində şəriklik ittihamlarını rədd edir”.

YeniAvropa xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

 
Bu, ABŞ administrasiyasının Qazaxıstandakı kütləvii etirazlara ilk rəsmi reaksiyasıdır.
 
C.Psaki əlavə edib ki, Vaşinqton vəziyyətin gedişatını izləyir.
 
"Bütün bunların arxasında ABŞ-ın dayandığına dair bəzi sərsəm Rusiya iddiaları var. Fürsətdən istifadə edib deyim ki, bu, tamamilə yalandır və açıq şəkildə Rusiyanın dezinformasiyasının standart şirnikdiriciliyinin bir hissəsidir", - deyə o, qeyd edib.
 
Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilib. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.