logo

Tokayev Lukaşenko və Putinlə Qazaxıstandakı vəziyyəti müzakirə edib

22:44 05-01-2022 | icon 1785
Tokayev Lukaşenko və Putinlə Qazaxıstandakı vəziyyəti müzakirə edib

Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

YeniAvropa xəbər verir ki, bu barədə  Belarus liderinin “Pul pervoqo” teleqram kanalı məlumat yayıb.

Xəbərdə bildirilib ki,  Belarus prezidenti əvvəlcə rusiyalı, daha sonra isə qazaxıstanlı həmkarına zəng edib. Üç ölkənin liderləri Qazaxıstandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıblar.

Qeyd olunub ki, bütün KTMT-ə üzv ölkələrinin rəhbərləri bu məsələ ilə bağlı daimi təmasdadırlar.